- İspaniya L.L.
- 23:54 17.12.2025
"Xetafe"nin prezidenti Anxel Torres hücumçu Meyson Qrinvudun gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, funksioner, ingilis forvardın daha bir il "Xetafe"də qalacağını bildirib.
“Hər şey valideynlərindən və klubundan asılı olsa, düşünürəm ki, o, daha bir il burada qalacaq. “Mançester Yunayted”in fikri yaxşı təklif olarsa, Qrinvudu satmaqdır. Biz gözləməli olacağıq. Düşünürəm ki, o, qalacaq”, – Torres Radio Marca deyib.
Bildiyiniz kimi, 22 yaşlı forvard hazırda İspaniya klubunda icarə əsasında çıxış edir.
Meyson Qrinvud “Xetafe”nin heyətində 32 rəsmi matçda komanda yoldaşları üçün on qol vurub və altı məhsuldar ötürmə edib.