- İspaniya L.L.
- 10:00 09.12.2024
"Real Madrid"in yarımmüdafiəçiləri Toni Kroos və Luka Modriç hələ də "kral" klubunda qala bilərlər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O son söz-söhbətlərə baxmayaraq, futbolçuların gələcəyi digər oyunçuların taleyindən asılı olmadığını qeyd edib.
Modriç və Kroosun müqavilələri yayda başa çatır və "Real Madrid" rəhbərliyi hələ hər iki yarımmüdafiəçi ilə bağlı planlar barədə qərar verməyib. Futbolçuların daha bir kampaniya üçün komandada qalması ehtimalı var. 34 yaşlı Kroos bu mövsüm İspaniya çempionatında 1 qol vurub və 7 məhsuldar ötürmə edib. 38 yaşlı Modriç bu La Liqa kampaniyasında iki qol vurub və altı məhsuldar ötürmə edib.