11 iyul 2026. Şənbə

Ançelotti Naço ilə bağlı vəziyyətdən danışıb


Ançelotti Naço ilə bağlı vəziyyətdən danışıb

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın kapitanı Naço Fernandeslə bağlı vəziyyətdən danışıb.

90deqiqe.Az italyan çalışdırıcının bu barədə fikirlərini təqdim edir:

“Mən Naçonun qalmasını istəyirəm. Qərar vermək onun ixtiyarındadır. O, istədiyi hər şeyi etməkdə azaddır”, - Ançelotti mətbuat konfransında deyib.

Xatırladaq ki, mövsümün sonunda ispaniyalının “kral klubu” ilə müqaviləsi başa çatacaq.

Daha əvvəl Fernandesin "Real Madrid"dən ayrılmaq qərarına gəldiyi bildirilirdi. Düzdür, futbolçu Avropada qalmaq fikrində deyil. 34 yaşlı mərkəz müdafiəçisi daha çox pul qazanmaq üçün karyerasını ABŞ və ya Səudiyyə Ərəbistanında davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Naço iyunun 1-də karyerasında altıncı Çempionlar Liqası Kubokunu qazana bilər.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı
Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"