- İspaniya L.L.
- 16:16 21.11.2024
"Arsenal"ın baş məşqçisi Mikel Arteta gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, 42 yaşlı çalışdırıcı İspaniyaya qayıtmaq istədiyini bildirib.
“Mən həmişə nə vaxtsa İspaniyaya qayıtmağı düşünürəm. Mən ölkəmi çox sevirəm. Bu fikir həmişə beynimdədir. Bununla belə, indi “Arsenal”da xoşbəxtəm, onların burada mənə münasibəti xoşuma gəlir. Mən hər şeydən razıyam. Amma gələcəkdə mənə elə gəlir ki, vətənə qayıdacağam. Bütün karyeramı İspaniyadan kənarda keçirmək istəmirəm”, – mütəxəssis İspaniya səfirliyində çıxışı zamanı deyib.
Arteta 2019-cu ilin dekabrından "topçular"ın baş məşqçisidir. Tərəflər arasında əmək müqaviləsi 2025-ci ilin yayında başa çatır.