4 oktyabr 2026. Bazar günü

Arda Gülərdən Kroosla bağlı açıqlama


Arda Gülərdən Kroosla bağlı açıqlama

"Real"ın yarımmüdafiəçisi Arda Gülər ​​Toni Kroosun karyerasını bitirmək qərarını şərh edib.

90deqiqe.Az türkiyəli futbolçunun bu barədə fikirlərini təqdim edir:

 “Hər gün sizi seyr edərək inanılmaz şeylərin şahidi oluram və sizdən öyrənməyə çalışıram. Əsl futbol əfsanəsi ilə birlikdə oynamaq fürsəti əldə etdiyim üçün minnətdaram. Sizə və ailənizə gələcək üçün ən yaxşısını arzulayıram, siz buna layiqsiniz. Mənim üçün, "Real Madrid" və oyun üçün etdiyiniz hər şeyə görə təşəkkür edirəm. Sizi tanımaq və sizdən öyrənmək əvəzsiz idi”, - deyə Gülər ​​sosial şəbəkələrdə Kroosa müraciət edib.

34 yaşlı futbolçu Avro-2024-dən sonra futbolu tərk edəcək. Bu barədə çərşənbə axşamı alman yarımmüdafiəçinin özü məlumat verib.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”