11 iyul 2026. Şənbə

"Barselona" Fliklə müqavilənin müddətini razılaşdırıb


"Barselona" Fliklə müqavilənin müddətini razılaşdırıb

"Barselona" alman mütəxəssis Hans-Diter Fliki komandanın baş məşqçisi təyin etməyə yaxındır.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, tərəflər 2026-cı ilin yayına qədər qüvvədə olacaq əmək müqaviləsi imzalamaq barədə razılığa gəliblər.

Flik "Blaugrana"nın sükanı arxasında ispaniyalı baş məşqçi Xavi Hernandesi əvəz edəcək.

Hans-Diterin son iş yeri Almaniya millisi olub. Mütəxəssis Bundesteam ilə əməkdaşlıq etməzdən əvvəl "Bavariya"da işləyib. İspaniya çempionatının son turu öncəsi “Barselona” turnir cədvəlinin ikinci pilləsində özünə zəmanət vermişdi.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı
Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"