- İspaniya L.L.
- 16:16 21.11.2024
"Real"ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Luka Modriç və müdafiəçi Naço Fernandezin gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, italyan çalışdırıcı hazırda adıçəkilən futbolçuların bütün diqqətlərini Çempionlar Liqasının finalına yönəltdiyini bildirib.
“Naçonun getdiyi və Modriçin qaldığı doğrudurmu? Bu klubun əfsanələri gələcəklərini özləri seçirlər, bunu həmişə demişəm. Kroos öz qərarını verdi və biz ona hörmət edirik. Amma elə futbolçular var ki, başqa cür qərar verə bilər. Naço hələ son qərarını verməyib. O, qərarını daha sonra verəcək, indi bütün diqqətini Çempionlar Liqasının finalına yönəldib”, - Ançelotti cümə günü mətbuat konfransında deyib.
Hər iki futbolçunun hazırkı müqaviləsi mövsümün sonuna qədər qüvvədədir.