22 oktyabr 2024. Çərşənbə axşamı

İsko "Barselona"ya keçə bilərmiş


İsko "Barselona"ya keçə bilərmiş

"Real Madrid"in keçmiş futbolçusu Ruud van Nistelroy yarımmüdafiəçi İskonun vaxtilə "Barselona"ya keçmək istədiyini etiraf edib.

90deqiqe.Az xəbər verir ki, 47 yaşlı keçmiş futbolçu İskoya "Barsa"nı istəməsinə baxmayaraq "Real"a keçməyi məsləhət gördüyünü bildirib.

 "İsko həmişə "Barselona"dan danışırdı, amma mən ona "Real Madrid"ə getməyi məsləhət görmüşəm. Mən ona dedim: "Xeyr, sən "Real Madrid"ə gedəcəksən və orada Çempionlar Liqasını qazanacaqsan"

Xatırladaq ki, hər iki futbolçu “Malaqa”da birgə çıxış edib. İsko 2013-cü ildə "Real Madrid"ə keçib və 9 il çıxış edib. Bu müddətdə futbolçu beş dəfə Çempionlar Liqasının qalibi olub: iki dəfə Karlo Ançelottinin rəhbərliyi altında, üç dəfə Zinəddin Zidanın rəhbərliyi altında.







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı