- İspaniya L.L.
- 23:13 29.11.2024
"Sevilya"nın baş məşqçisi Sançez Flores, Xavinin "Barselona"nın baş məşqçi postundan qovulmasından danışıb.
90deqiqe.Az xəbər verir ki, 59 yaşlı çalışdırıcı Kataloniya klubunun əfsanələrinə pis davrandığını bildirib:
"Bunu deməməliyəm, amma “Barselona” öz əfsanələri ilə necə də pis davranır. Kumanla, Messi ilə və indi də Xavi ilə... Kaş, klublar öz əfsanələri ilə yaxşı davranaydı. Bu, çox gözəl olardı. Onlar mirasdır”.
Xatırladaq ki, bu gün, mayın 24-də Kataloniya klubunun mətbuat xidməti Xavinin cari mövsümün sonunda klubun baş məşqçisi vəzifəsindən uzaqlaşdırılacağını açıqlayıb.
Bu mövsüm "Barselona" İspaniya La Liqasında çempionatın bitməsinə 1 tur qalmış "Real Madrid"dən 12 xal geri qalaraq ikinci yeri tutur. İspaniya kubokunda Xavinin komandası turnirin son qalibi Bilbao "Atletik"inə uduzaraq 1/4 final mərhələsində dayanıb. Çempionlar Liqasında kataloniyalılar 1/4 finalda Fransa PSJ-sinə ümumilikdə uduzaraq mübarizədən kənarlaşdırılıb. İspaniya Superkubokunun finalında “Barselona” “Real Madrid”ə uduzub.