- İspaniya L.L.
- 23:13 29.11.2024
"Atletik Bilbao"da çıxış edən hücumçu İnyaki Uilyams iki il ayağında şüşə parçası ilə oynayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə komandanın çalışdırıcısı Ernesto Valverde "Rayo Valyekano" ilə görüşdən əvvəl mətbuat konfransı zamanı danışıb. Məşqçinin sözlərinə görə, bir neçə il əvvəl futbolçu qəzaya düşüb, bundan sonra sınmış şüşəyə ayaq basıb.
Xəstəxanada Uilyamsın yarasına tikiş qoyulsa da, şüşə qırıntısı götürülməyib. Bu yaxınlarda İnakinin ayağında narahatlıq hissi yaranmağa başladı. MRT-dən sonra onun ayağında təxminən iki santimetr ölçüdə bir parçanın qaldığı məlum olub. Bu səbəbdən futbolçu əməliyyat olunub və növbəti matçı buraxacaq.