27 iyul 2024. Şənbə

"Barselona"da Vitor Roke qeyri-müəyyənliyi


"Barselona"da  Vitor Roke qeyri-müəyyənliyi

Hücumçu Vitor Rokenin "Barselona"dakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

90deqiqe.Az "Sport"aistinadən xəbər verir ki, "Barselona” hələ də növbəti mövsümdə Rokeni icarəyə götürməyə üstünlük verir, lakin 19 yaşlı futbolçu karyerasını davam etdirmək üçün bu variantdan razı deyil: onun ətrafı hesab edir ki, vəziyyət belə davam edərsə, tam hüquqlu transfer olacaq.

Hücumçu yanvarda "Atletiko Paranaense"dən transfer olunduqdan sonra Kataloniya nəhənginin əsas heyətinə düşə bilməyib. Məlumdur ki, braziliyalı futbolçu komandadakı mövqeyindən razı deyil.

Bununla belə, Vitor Roke ilə bağlı yekun qərarı yaxın günlərdə rəsmən “Barselona”nın yeni baş məşqçisi olacaq Hans-Diter Flik verəcək.







İspaniya L.L.

Ansu Fati sıradan çıxdı
  • İspaniya L.L.
  • 15:36 24.07.2024
Ansu Fati sıradan çıxdı
Flikdən Levandovski haqda
  • İspaniya L.L.
  • 12:53 23.07.2024
Flikdən Levandovski haqda