- İspaniya L.L.
- 23:13 29.11.2024
"Real Madrid"in əfsanəvi yarımmüdafiəçisi Toni Kroos "Santiaqo Bernabeu"da son oyunundan sonra qızı ilə göz yaşlarına boğulub.
90deqiqe.Az xəbər verir ki, oyunçular və azarkeşlər yarımmüdafiəçini emosional şəkildə yola salıblar. Kroos 2014-cü ildə müqavilə bağlayarkən, onun təqdimat mərasimində cəmi bir neçə min adam var idi. İndi isə bütün stadion 34 yaşlı futbolçu ilə mövsümün son LaLiga matçında vidalaşmaq üçün dolu idi. Tribunalarda "təşəkkür edirik, əfsanə" sözləri yazılmış nəhəng tifo quraşdırılmışdı.
O, Almaniya millisi ilə qarşıdan gələn Avropa Çempionatında iştirak etdikdən sonra karyerasını başa vuracaq, klubdakı son oyunu isə gələn həftə Çempionlar Liqasının finalı olacaq.
Qeyd edək ki, artıq çempionluğu təmin etmiş Madrid təmsilçisi, dünən "Betis"lə oyunda bərabərə qaldı - 0:0.