8 sentyabr 2024. Bazar günü

Xoselu "Real"dakı gələcəyindən danışdı


Xoselu "Real"dakı gələcəyindən danışdı

"Real Madrid"in hücumçusu Xoselu Madrid klubundakı gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı forvard mövsüm sonunda bununla bağlı qərarın veriləcəyini bildirib.

"Bu problemin həlli məndən asılı deyil. Bu barədə mövsüm bitəndə, inşallah Çempionlar Liqasını qazandıqdan sonra danışacağıq"

Qeyd edək ki, Xoselu bu mövsüm Karlo Ançelottinin komandasının heyətində 48 matçda 17 qol vurub və 3 məhsuldar ötürmə edib. Eyni zamanda, ispaniyalının Çempionlar Liqasının cavab yarımfinalında "Bavariya"ya qarşı dublu (2:1) Madrid nəhənginə turnirin finalına vəsiqə qazandırıb. “Real Madrid” kubok uğrunda Dortmund “Borussiya”sı ilə mübarizə aparacaq. Görüş iyunun 1-də Londonda, Uembli stadionunda keçiriləcək.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq