4 oktyabr 2026. Bazar günü

Yamal ən yaxşı gənc futbolçu seçildi


Yamal ən yaxşı gənc futbolçu seçildi

"Barselona"nın 16 yaşlı vingeri Lamin Yamal 2023/2024 mövsümünün nəticələrinə əsasən İspaniya çempionatının ən yaxşı gənc futbolçusu seçilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

Bu La Liqa mövsümündə Yamal 37 matçda iştirak edib, o, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.

Ümumilikdə, bu mövsüm ispaniyalı futbolçu bütün yarışlarda 50 oyun keçirib, o, 7 qol vurub və on məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”