- İspaniya L.L.
- 16:16 21.11.2024
"Sevilya"nın yarımmüdafiəçisi Oliver Torres bu yay komandanı tərk edəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
Xatırladaq ki, Torres 2019-cu ilin yayından “Sevilya”da çıxış edir, daha əvvəl “Porto”, “Atletiko Madrid” və “Vilyarreal”ın rənglərini qoruyub.
2023/2024 mövsümündə 29 yaşlı futbolçu 35 oyun keçirib və 2 məhsuldar ötürmə edib. İndi Transfermarkt portalı ispan yarımmüdafiəçini 6 milyon avroya qiymətləndirir. "Sevilya" İspaniya çempionatının son mövsümünü keçirdiyi 38 matçda 41 xal toplaya bilərək turnir cədvəlinin 14-cü pilləsində başa vurub.