21 sentyabr 2024. Şənbə

Vinisius: “Modriç, Kroosdan çox şey öyrənirəm”


Vinisius: “Modriç, Kroosdan çox şey öyrənirəm”

"Real Madrid"in cinah oyunçusu Vinisius Junior təkmilləşmək arzusundan danışıb.

90deqiqe.Az xarici KİV-lərə istinadən xəbər verir ki, komandadakı daha təcrübəli futbolçulardan - Modriç, Kroosdan çox şey öyrəndiyini deyib.

“Məndə həmişə belə olub, amma bura böyük oyunçularla, hər məşqdə təkmilləşməyi dayandırmayan və həmişə qalib gəlmək istəyən “Real Madrid” əfsanələri ilə zəngindir. Bu gün daha yaxşı olmaq üçün əlimdən gələni edirəm. Komandanın bütün təcrübəli oyunçularından çox şey öyrənirəm, çünki onlar məndən daha təcrübəlidirlər. Mən həmişə onlara deyirəm ki, danışmaqdansa onları dinləməyi üstün tuturam, çünki bu mənim inkişafım üçün daha yaxşı olacaq. Bu, təkcə meydanda deyil, ondan kənarda da vacibdir. Çox yaxın gələcəkdə Luka Modriç, Toni Kroos, Kərim Benzema kimi oyunçular mənə öz təcrübələrini öyrətdilər və mən bunu komandaya gələn gənc futbolçulara ötürəcəyəm”, - deyə Vinisius bildirib.

Vinisius “Real Madrid”ə 2018-ci ilin iyulunda “Flamenqo”dan keçib. Onun transfer dəyəri 45 milyon avrodur.Bu mövsüm Vinisius 38 oyun keçirib, 23 qol vurub və 11 məhsuldar ötürmə edib.







İspaniya L.L.

Tibo Kurtua da təqvimdən narazıdır
  • İspaniya L.L.
  • 14:44 20.09.2024
Tibo Kurtua da təqvimdən narazıdır
"Barselona" Setyenə borcunu ödəmir
  • İspaniya L.L.
  • 17:42 18.09.2024
"Barselona" Setyenə borcunu ödəmir
"Barselona" onu yenə itirdi
  • İspaniya L.L.
  • 23:21 17.09.2024
"Barselona" onu yenə itirdi
Qrizmann "Atletiko Madrid"i tərk edir
  • İspaniya L.L.
  • 17:02 17.09.2024
Qrizmann "Atletiko Madrid"i tərk edir