22 noyabr 2024. Cümə

Laporta 100 milyon Avro axtarışında


Laporta 100 milyon Avro axtarışında

"Barselona" klubu, LaLiganın qeydiyyatı açması üçün 30 iyun tarixinədək 100 milyon avro ödəməlidir.

90deqiqe.Az "SER Catalunya"ya istinadən xəbər verir ki," Nike", Libero-nun öhdəliklərini yerinə yetirə və Barça Media-ya investor ola bilər.

Ferran Reverter və Eduard Romeunun ayrılmasından sonra "Barselona"nın CEO-su və iqtisadi vitse-prezidenti yoxdur. Joan Laporta, LaLiganın 40 milyon avro ödəməsi üçün əvvəlcə 30 iyun 2023-cü ilədək alınmalı olan, lakin alınmayan vəsaiti axtarır. Eyni zamanda, 30 iyun tarixinədək gəlməli olan, lakin Libero tərəfindən ödənilməyəcək 60 milyon avronu tapmağa çalışır. Əks halda, LaLiga bu 100 milyon avro qeydiyyat qabiliyyətini bloklayacaq və bu da futbolçuların qeydiyyat imkanlarına təsir edəcək.

Laporta, bu məbləği qısa müddətdə təmin etmək üçün iki üsul düşünür: ya kredit alacaq, ya da Libero-nun əvəzləyicisini taparaq yeni bir investoru cəlb edəcək. Laporta, "Nike" ilə razılaşma əldə edərək bu məbləği Barça Media-ya investisiya olaraq cəlb etməyi düşünür. 







İspaniya L.L.

Yamal komanda ilə məşq etmədi
  • İspaniya L.L.
  • 16:16 21.11.2024
Yamal komanda ilə məşq etmədi
Endrik "Real Madrid"i tərk etməyəcək
  • İspaniya L.L.
  • 15:28 21.11.2024
Endrik "Real Madrid"i tərk etməyəcək