10 iyul 2026. Cümə

Ançelotti: “Kroosun gedişi “Real”ın performansına təsir edə bilər”


Ançelotti: “Kroosun gedişi “Real”ın performansına təsir edə bilər”

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Toni Kroosun Madrid klubundan ayrılacağı barədə danışıb.

90deqiqe.Az bu barədə “El Chiringuito TV”yə istinadən xəbər verir.

“O, vaxtının gəldiyini düşündü. Mən onun qərarına hörmət edirəm. Düşünürəm ki, bu, “Real”ın oyununa təsir edə bilər, biz çox vacib oyunçunu itiririk. Tçuameni, Kamavinqa, Valverdedən istifadə edərək Kroosu necə əvəz etmək barədə fikirlərimiz var. Biz bir az fərqli futbol oynamalı ola bilərik.”, - deyə o bildirib.

34 yaşlı Kroos bu mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 1 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt”a görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.







İspaniya L.L.

Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"