4 oktyabr 2026. Bazar günü

Forma nömrəsini dəyişir


Forma nömrəsini dəyişir

"Real Madrid"in futbolçusu Federiko Valverde forma nömrəsini dəyişəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə futbolçunun özü bildirib.

"15 nömrəni bəyənirəm, "Real Madrid"dəki arzum onunla başladı. Amma bəli, iki aya dəyişəcəm"

Uruqvaylı yarımmüdafiəçi yeni mövsümdən 8 nömrəli forma ilə çıxış edəcək.  

Bu nömrə ilə bundan əvvəl mövsümün sonunda klubdan ayrılacaq  Toni Kroos oynayırdı.

Alman yarımmüdafiəçi 2024-cü il Avropa çempionatının sonunda karyerasını başa vuracaq.

Qeyd edək ki, 2018-ci ildən Madrid nəhəngində çıxış edən F.Valverde 15 nömrəli forma ilə çıxış edirdi.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”