16 yanvar 2025. Cümə axşamı

"Vilyareal"da ayrılıq


"Vilyareal"da ayrılıq

"Vilyareal" Pepe Reynanın gedişini açıqlayıb. 

90deqiqe.Az xəbər verir ki, klubun mətbuat xidməti X sosial şəbəkəsində 41 yaşlı qapıçı Pepe Reynanın müqaviləsinin başa çatması ilə əlaqədar komandadan ayrıldığını açıqlayıb.

“Hər şey üçün təşəkkür edirik, Pepe. Sizin əfsanəniz Vilyarrealda əbədi yaşayacaq”, - klubun açıqlamasında deyilir.

"Barselona" akademiyasının məzunu olan qapıçı, peşəkar karyerasına 1999-cu ildə başlayıb. 2002-ci ildə o, iki dəfə "Inter Toto" kubokunun qalibi olduğu "Vilyarreal"a keçib.

İspaniyalı 2005-ci ildə  "Liverpul" klubuna, 2014-cü ildə isə "Bavariya"ya transfer olunub.

Reyna 2022-ci ilin yayında" Vilyareal"a qayıdıb. Qapıçı, həmçinin, İtaliyanın “Napoli”, “Milan” və “Latsio” klublarında, eləcə də İngiltərənin “Aston Villa”sında çıxış edib. İspaniya millisi ilə  iki dəfə Avropa çempionu olub, bir dəfə isə dünya çempionu olub.

2023/2024 mövsümündə qapıçı "sarı sualtı qayıq"ın heyətində bütün turnirlərdə 12 oyun keçirib. 







İspaniya L.L.

"Betis" çox aqressiv komandadır"
  • İspaniya L.L.
  • 21:53 14.01.2025
"Betis" çox aqressiv komandadır"
Flik Qvardiolaya çatdı
  • İspaniya L.L.
  • 20:24 13.01.2025
Flik Qvardiolaya çatdı
Premyer Liqadan "Valensiya"ya
  • İspaniya L.L.
  • 20:08 13.01.2025
Premyer Liqadan "Valensiya"ya