30 iyun 2026. Çərşənbə axşamı

Devid Bekhemdən Mbappenin “Real”a keçidinə MÜNASİBƏT


Devid Bekhemdən Mbappenin “Real”a keçidinə MÜNASİBƏT

"İnter Mayami"nin sahibi Devid Bekhem Kilian Mbappenin "Real Madrid"ə keçidini şərh edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə o, “Mundo Deportivo”ya müsahibəsində deyib.

“Bu, təkcə “Real Madrid” üçün deyil, La Liqa və bütün İspaniya futbolu üçün əla transferdir. "Barselona"ya gəlincə, onların çoxlu gənc oyunçulardan ibarət çox yaxşı komandası var, lakin bu mövsüm "Real Madrid"ə məxsusdur", - D.Bekhem bildirib.

İyunun 3-də “Real Madrid” Kilian Mbappe ilə müqavilə imzaladığını elan edib. Futbolçunun "Real"la müqaviləsi 2029-cu ilə qədərdir. Mbappe bundan öncə “PSJ”də çıxış edib. Ötən mövsüm fransalı hücumçu komandanın heyətində 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib. “Transfermarkt”ə görə, fransız forvardın bazar dəyəri 180 milyon avrodur.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"