20 iyun 2024. Cümə axşamı

Hazard: "Hamını razı salmaq üçün oynamadım"


Hazard: "Hamını razı salmaq üçün oynamadım"

“Real Madrid”in sabiq yarımmüdafiəçisi Eden Hazard ona qarşı tənqidlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, o, bu barədə “Sudpresse”ə müsahibəsində deyib.

“Mən tənqidlərə əhəmiyyət vermirəm. Məşhur adam olanda mütləq tənqid olunacaqsan. İnsanların öz fikrini bildirmək hüququ var. Mən meydançaya çıxıb hamını sevindirmək üçün oynamadım. İndi də sözlərimə görə məni qınamaq olar. Ancaq bu, mənim düşündüyümü söyləməyimə mane olmayacaq”, - E.Hazard bildirib.

Xatırladaq ki, Eden ötən il peşəkar futbol karyerasını başa vurduğunu açıqalayıb.Belçikalının son oynadığı klub Madrid "Real"ı olub. O, həmçinin Londonun “Çelsi” və Fransanın “Lill” klublarında da çıxış edib.







İspaniya L.L.

"Bellinqhem "Real"ın kapitanı ola bilər"
  • İspaniya L.L.
  • 19:49 19.06.2024
"Bellinqhem "Real"ın kapitanı ola bilər"
"Barselona" akademiyalarını bağlayır
  • İspaniya L.L.
  • 18:34 19.06.2024
"Barselona" akademiyalarını bağlayır