- İspaniya L.L.
- 00:47 29.11.2024
"Real Madrid"in keçmiş yarımmüdafiəçisi Toni Kroos karyerasını bitirdikdən sonra nə etməyi planlaşdırdığını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, o, qardaşı Felikslə podkasta aparıcılıq etməyə davam edəcəyini bildirib.
"Mən "Real Madrid" akademiyasında işləyəcəm. Həmçinin sentyabrda İkon Liqası başlayır (yeni futzal formatı). Həm də aydındır ki, aktiv oyunçu olduğum vaxtdakı kimi 18 layihədə iştirak etmək fikrində deyiləm” deyə, Kroos bildirib.
Alman yarımmüdafiəçi 2014-cü ildə “Bavariya”dan “Real Madrid”ə keçib. Bu müddətdə Kroos 28 qol vurub və 99 məhsuldar ötürmə edib. O, 5 dəfə Çempionlar Liqasının qalibi, 4 dəfə İspaniya çempionu və o qədər də Avropa Superkubokunun qalibi olub.
Xatırladaq ki, almaniyalı futbolçu Avro-2024-dən sonra karyerasını başa vuracağını açıqlayıb.