- İspaniya L.L.
- 00:47 29.11.2024
"Real Betis"in və "Las Palmas"ın keçmiş hücumçusu Ruben Kastro 42 yaşında "Malaqa"da son mövsümünü keçirərək karyerasını bitirib.
90deqiqe.Az xəbər verir ki, futbolçu bu haqda "Marca"ya danışıb. Onun 11 klubu əhatə edən 24 illik karyerası bir sıra rekordlarla yadda qalıb.
Kastro 147 qolla "Real Betis" tarixində ən çox qol vuran oyunçu, La Liqa və Sequndada üçüncü ən çox qol vuran oyunçu (288) və 195 qolla Sequnda tarixinin bombardiri olaraq qalır.
Sequndada bütün zamanların ikinci ən çox oyuna çıxan futbolçusu olan Kastro, toplamda 717 rəsmi oyunda çıxış edib. Ümumilikdə o, 778 peşəkar oyuna çıxıb, 316 qol vurub və 56 məhsuldar ötürmə verib.
“Futbolla vidalaşdım. Bu məqama çatmaq mənim üçün çətin oldu. Mən nə deyə bilərəm? Özümü topdan uzaqda görmək mənim üçün hələ də çətindir. Bəlkə də buna görədir ki, aktiv futbolçu kimi vaxtımın sona çatdığını sizə bildirmək aylarla vaxtımı aldı. Özümü şanslı hesab edirəm ki, hücumçu kimi 800-ə yaxın rəsmi oyuna çıxıb və 300-dən çox qol vurmuşam", o, deyib.