28 sentyabr 2024. Şənbə

Ançelotti: “Kroos payızda təqaüdə çıxmaq fikrini dəyişsə, hər şeyə yenidən başlayacağıq”


Ançelotti: “Kroos payızda təqaüdə çıxmaq fikrini dəyişsə, hər şeyə yenidən başlayacağıq”

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Toni Kroosu karyerasını bitirmək fikrindən daşındığı təqdirdə komandaya qaytarmağa hazır olduğunu bildirib.

Bu barədə 90deqiqe.Az “Il Giornale”yə istinadən xəbər verir.

“Təəssüf ki, Kroos təqaüdə çıxmaq qərarına gəldi. Qərarlarında dəqiqdir, lakin Madriddə yaşamağa davam edəcək. Mən ona dedim ki, əgər o, payızda fikrini dəyişsə, ilk telefon zəngindən sonra hər şeyə yenidən başlayacağıq”, - K. Ançelotti deyib.

Xatırladaq ki, alman yarımmüdafiəçi 2014-cü ildə “Bavariya”dan “Real Madrid”ə keçib. Bu müddət ərzində Kroos bütün turnirlərdə 465 matçda iştirak edib, 28 qol vurub və 99 məhsuldar ötürmə edib. “Kral” klubunun tərkibində futbolçu beş dəfə Çempionlar Liqasının qalibi olub, dörd dəfə İspaniya çempionu titulunu qazanıb və dörd dəfə Avropa Superkubokunu qazanıb.







İspaniya L.L.

Kamavinqa bu tarixdə meydana qayıdacaq
  • İspaniya L.L.
  • 14:10 26.09.2024
Kamavinqa bu tarixdə meydana qayıdacaq
"Real"da Mbappe şoku
  • İspaniya L.L.
  • 15:56 25.09.2024
"Real"da Mbappe şoku