- İspaniya L.L.
- 00:47 29.11.2024
"Valensiya"nın üç azarkeşi La Liqa matçı zamanı "Real Madrid"in hücumçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlətməkdə təqsirli bilinib.
90deqiqe.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, yarasa fanatlarının irqi ayrı-seçkiliyi ağırlaşdıran halı ilə "mənəvi toxunulmazlığa qarşı cinayət"də təqsirli bilindikləri və səkkiz ay həbs cəzası aldıqları və məhkəmə xərclərini də ödəməli olduqları bildirilib. Həmçinin, müttəhimlərə iki il müddətində La Liqa matçları və digər turnirlərin keçirildiyi futbol stadionlarına baş çəkmək qadağan ediləcək. Qeyd olunur ki, iclasda müttəhimlər futbolçu, La Liqa və “Real Madrid”dən üzr istəyib və irqçiliklə mübarizənin tərəfdarı olduqlarını bildiriblər.
Xatırladaq ki, Vinisius Junior 2018-ci ilin iyulunda Flamenqodan “Real Madrid”ə keçib. Ötən mövsüm Vinisius 39 oyun keçirib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun bazar dəyəri 150 milyon avrodur.