- İspaniya L.L.
- 16:16 21.11.2024
"Real Madrid"in və Braziliya millisinin hücumçusu Vinisius Junior "Valensiya" azarkeşlərinin ona qarşı irqçilikdə ittiham olunmaları ilə bağlı açıqlama verib.
90deqiqe.Az -ın məlumatına görə, 23 yaşlı forvard verilən tarixi qərarda kömək etdikləri üçün La Liqaya və "Real Madrid"ə təşəkkür etdiyini bildirib.
“Mən irqçiliyin qurbanı deyiləm. Mən irqçilərin işgəncəçisiyəm. İspaniya tarixində bu ilk cinayət ittihamı mənim üçün deyil. Bu, bütün qaradərili insanlar üçündür. Qoy digər irqçilər qorxsunlar, utansınlar və kölgədə gizlənsinlər. Bu tarixi qərarın qəbul edilməsində bizə kömək etdikləri üçün La Liqaya və "Real Madrid"ə təşəkkür edirəm".
Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, “Valensiya”nın üç azarkeşi İspaniya Primerasının matçında “Real”ın hücumçusu Vinisius Juniorun ünvanına irqçi ifadələr işlətməkdə təqsirli bilinib. Qeyd olunub ki, “Bat” fanatları irqi ayrı-seçkiliyi ağırlaşdıran “mənəvi toxunulmazlığa qarşı cinayət”də təqsirli bilinərək 8 ay həbs cəzası alıblar. Azarkeşlər də hüquqi xərcləri ödəməli olacaqlar.