20 aprel 2026. Bazar ertəsi

"Atletiko Madrid" Qazaxıstanda klub akademiyası açacaq


"Atletiko Madrid" Qazaxıstanda klub akademiyası açacaq

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Madridin “Atletiko” klubunun rəhbəri Enrike Serezo Torres ilə görüşüb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Qazaxıstan prezidentinin rəsmi saytı xəbər verir.

Bildirilir ki, Kasım-Jomart Tokayevə ölkədə “Atletiko” futbol akademiyasının açılması layihəsi təqdim olunub. Qazaxıstan prezidenti futbolun inkişafına yönəlmiş bu təşəbbüsü hərtərəfli dəstəkləməyə hazır olduğunu qeyd edib.

Qazaxıstan Respublikasının Almatı vilayətinin Talqar şəhərində “Akbulak” Olimpiya Mərkəzinin bazasında “Atletiko” futbol akademiyasının yaradılması planlaşdırılır.

Görüşün sonunda Enrike Serezo Torres Kasım-Jomart Tokayevə “Atletiko Madrid” futbolçularının avtoqrafı olan köynək hədiyyə edib.

Xatırladaq ki, “Atletiko” 11 qat İspaniya çempionu, 10 dəfə ölkə kubokunun qalibi, 3 dəfə Avropa Liqasının qalibi olub. Madrid klubu da tarixində iki dəfə Çempionlar Liqasının qalibi olub. “Döşəkçilər” İspaniya Primerasının son mövsümünü 76 xalla dördüncü pillədə başa vurub.







İspaniya L.L.

“Futbol həmişə ədalətli olmur”
  • İspaniya L.L.
  • 23:58 17.04.2026
“Futbol həmişə ədalətli olmur”
Rüdiger “Real Madrid”də qalır
  • İspaniya L.L.
  • 23:38 17.04.2026
Rüdiger “Real Madrid”də qalır
"Neymar mənim uşaqlıq kumirimdir"
  • İspaniya L.L.
  • 23:01 13.04.2026
"Neymar mənim uşaqlıq kumirimdir"
Mbappe “Bavariya”ya qarşı oynayacaq
  • İspaniya L.L.
  • 18:44 12.04.2026
Mbappe “Bavariya”ya qarşı oynayacaq
“Bu hələ son deyil”
  • İspaniya L.L.
  • 23:53 11.04.2026
“Bu hələ son deyil”