20 iyun 2024. Cümə axşamı

"Barselona" Kimmixi pulsuz almaq istəyir


"Barselona" Kimmixi pulsuz almaq istəyir

"Barselona" "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmixi azad agent kimi transfer etməkdə maraqlıdır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Sport Bild" xəbər verir.

Mənbənin məlumatına görə, “Barselona” baş məşqçi Hans-Diter Flikin təşəbbüsü ilə futbolçunu 2025-ci ilin yayında “Bavariya” ilə müqaviləsi başa çatdıqdan sonra komandaya qoşulmağa razı salmaq niyyətindədir. Kataloniyalılar Münhen komandasının futbolçu üçün açıq-aydın əlçatmaz məbləğ tələb edəcəyini gözləyərək "Bavariya"ya rəsmi təklif göndərməyə tələsmirlər. Eyni zamanda, Kimmixin özü Münhenin yeni baş məşqçisi Vinsent Kompaninin marağına baxmayaraq, qarşıdan gələn mövsümdən sonra gələcəyi ilə bağlı hələ qərar verməyib.

Xatırladaq ki, Coşua Kimmixin Münhen komandası ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, alman milli futbolçunun bazar dəyəri 50 milyon avrodur.







İspaniya L.L.

"Bellinqhem "Real"ın kapitanı ola bilər"
  • İspaniya L.L.
  • 19:49 19.06.2024
"Bellinqhem "Real"ın kapitanı ola bilər"
"Barselona" akademiyalarını bağlayır
  • İspaniya L.L.
  • 18:34 19.06.2024
"Barselona" akademiyalarını bağlayır