20 iyun 2024. Cümə axşamı

"Mbappe "Real"ı məğlubedilməz etməyəcək"


"Mbappe "Real"ı məğlubedilməz etməyəcək"

"Real Madrid"in və İspaniya millisinin müdafiəçisi Dani Karvaxal bu yaxınlarda kluba keçən Killian Mbappenin keyfiyyətlərindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "RMC Sport" xəbər verir.

"Mən nə deyə bilərəm? O, dünyanın ən yaxşısıdır. Ən yaxşısı isə ən yaxşı komandada oynamalıdır. Ümid edirik ki, o, Almaniya çempionatında o qədər də yaxşı olmayacaq, lakin avqust ayından etibarən özünün ən yaxşı versiyası olacaq. Mbappeyə qarşı oynayanda çox əziyyət çəkdim. O, ən güclü rəqiblərdən biridir. Mən sürət, texnika və gücdən danışıram.

Amma o, "Real"ı məğlubedilməz etməyəcək. Futbol riyaziyyatla bağlı deyil, yalnız yaxşı oyunçuları seçməkdən ibarət deyil. Qalib gəlmək, kuboklar almaq üçün komanda yaratmalı və əmin olmalısan ki, biz hamımız eyni istiqamətdə gedirik, ümumi məqsəd qoyuruq”

Qeyd edək ki, daha əvvəl "Real Madrid" Kilian Mbappeni transfer etdiyini açıqlayıb. Fransız futbolçunun klubla müqaviləsi 2029-cu ilə qədərdir.







İspaniya L.L.

"Bellinqhem "Real"ın kapitanı ola bilər"
  • İspaniya L.L.
  • 19:49 19.06.2024
"Bellinqhem "Real"ın kapitanı ola bilər"
"Barselona" akademiyalarını bağlayır
  • İspaniya L.L.
  • 18:34 19.06.2024
"Barselona" akademiyalarını bağlayır