- İspaniya L.L.
- 16:16 21.11.2024
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Atletiko Madrid"dən icarəyə götürülən hücumçu Joao Feliksin komandadakı gələcəyi ilə bağlı qərar verib.
90deqiqe.Az "Sport.es"ə istinadən məlumat verir ki, alman məşqçi portuqaliyalı forvardın növbəti mövsümdə də klubda qalmasını istəyir.
Flikk futbolçu ilə əməkdaşlığının mümkün uzadılmasını təsdiqləyib. Tərəflər potensial müqavilə üzrə danışıqlar aparır.
2023/2024 mövsümündə Feliks Kataloniya komandasının heyətində 44 matçda iştirak edib. Hücumçu on qol vurub, altı məhsuldar ötürmə edib. Onun bazar qiyməti 30 milyon avrodur.