4 oktyabr 2026. Bazar günü

"Real"ın Modriçlə hansı şərtlə razılaşdığı məlum olub


"Real"ın Modriçlə hansı şərtlə razılaşdığı məlum olub

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin növbəti mövsümdə "Real Madrid"də qalacağı şərtlər bəlli olub.

90deqiqe.Az-ın “Ok Diario”ya istinadən məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi müqaviləsini bir il müddətinə uzatmaq üçün maaşını iki dəfə azaldıb. Beləliklə, Modriç növbəti mövsümdə təxminən beş milyon avro qazanacaq.

Luka 2012-ci ildən "kral" klubunun rənglərini qoruyur. Ötən mövsüm yarımmüdafiəçi 46 matçda iştirak edib, 2 qol vurub, 8 məhsuldar ötürmə edib. Xorvatiyalının bazar dəyəri 8 milyon avro qiymətləndirilir.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”