28 sentyabr 2024. Şənbə

Messi ən çox əsəbiləşdiyi futbolçunun adını açıqlayıb


Messi ən çox əsəbiləşdiyi futbolçunun adını açıqlayıb

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu, daha əvvəl "Barselona"da çıxış etmiş Lionel Messi matçlar zamanı ən çox əsəbiləşdiyi futbolçunun adını açıqlayıb.

Bu barədə 90deqiqe.Az “AS”a iatinadən xəbər verir.

“Serxio Ramosla çox döyüşdük. Ən çox əsəbiləşdiyim futbolçu idi. Daha sonra komanda yoldaşı olduq, amma "El Klasiko"da həmişə döyüşürdük. "El Klasiko" matçları çox gərgin keçirdi”

Xatırladaq ki, Serxio Ramos uzun müddət "Real Madrid"də çıxış edib. Ramos və Messi daha sonra PSJ-də komanda yoldaşı oldular.

Əlavə edək ki, Messi 2005-2021-ci illərdə "Barselona"nın böyük komandasında çıxış edib. Argentinalı futbolçu bu müddət ərzində bütün turnirlərdə 778 matçda iştirak edib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.







İspaniya L.L.

Kamavinqa bu tarixdə meydana qayıdacaq
  • İspaniya L.L.
  • 14:10 26.09.2024
Kamavinqa bu tarixdə meydana qayıdacaq
"Real"da Mbappe şoku
  • İspaniya L.L.
  • 15:56 25.09.2024
"Real"da Mbappe şoku