- İspaniya L.L.
- 00:47 29.11.2024
Ötən mövsüm "Mançester Siti"dən icarə əsasında "Barselona"ya keçən sağ cinah müdafiəçisi Joao Kanselonun gələcəyi bəlli olub.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
O "Barselona" rəhbərliyi Kanselonun icarə müddətini daha bir mövsüm uzatmağa çalışdığını qeyd edib. Baş məşqçi Hans-Diter Flik portuqaliyalı oyunçunun qalmasını da rəhbərlikdən istəyib.
Xatırladaq ki, Kanselonun “Mançester Siti” ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. Bu səbəbdən, "şəhərlilər" bir ildən sonra endirim etməmək üçün portuqaliyalını artıq bu transfer pəncərəsində daimi olaraq satmaq istəyir.