19 avqust 2026. Çərşənbə

Lobotka "Barselona"ya keçir? - özü açıqladı


Lobotka "Barselona"ya keçir?  - özü açıqladı

"Napoli"nin yarımmüdafiəçisi Stanislav Lobotka "Barselona"ya mümkün transferindən danışıb. 

90deqiqe.Az  xəbər verir ki, “Barca Universal” onun dediklərini belə çatdırıb:

"Barselona"? Mən bu klubu uşaqlıqdan, Deko və Ronaldinyo kimi oyunçuların hələ də orada oynadığı vaxtdan izləyirəm. Təklif gəlsə, ora getmək istərdim”

Xatırladaq ki, slovakiyalı yarımmüdafiəçinin Antonio Kontenin komandası ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.

29 yaşlı Lobotka "Napoli"nin əsas oyunçularından biridir. Keçən mövsümdən əvvəl yarımmüdafiəçi Luçano Spalettinin rəhbərliyi altında komanda ilə İtaliya çempionatının qalibi olmağı bacarmışdı.







İspaniya L.L.