4 oktyabr 2026. Bazar günü

De Yonq əməliyyat oluna bilər


De Yonq əməliyyat oluna bilər

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq yaxın vaxtlarda əməliyyat oluna bilər.

90deqiqe.Az-ın məlumatına görə, hollandiyalı futbolçunun dizində hələ də problemlər var. Bildirilir ki, yaxın günlərdə "Barselona"nın həkimləri yarımmüdafiəçinin klassik müalicəsini davam etdirib-etdirməməsinə qərar verəcək. De Yonqa əməliyyat olunmağı məsləhət görəcəyi ehtimalı var.

Xatırladaq ki, Frenki dünən Hollandiya komandasının yarımfinal mərhələsində mübarizədən kənarlaşdırıldığı Avro-2024-ü zədə səbəbindən buraxmışdı. De Yonq bu günə qədər "Barselona"nın ən yüksək maaş alan oyunçusu olaraq qalır.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”