4 oktyabr 2026. Bazar günü

Ulduz futbolçu "Barselona"dan ayrılmaq qərarına gəlib


Ulduz futbolçu "Barselona"dan ayrılmaq qərarına gəlib

"Barselona" almaniyalı yarımmüdafiəçi İlkay Gündoğanla yollarını ayıra bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Fliklə görüşərək gələcəyini müzakirə edəcək. 

Ulduz oyunçunun xidmətində Almaniya, İtaliya, Türkiyə və Səudiyyə Ərəbistanı klubları maraqlıdır.

İlkayın müqaviləsi 2025-ci ilin yayına qədərdir, onun bazar qiyməti 15 milyon avrodur. Ötən mövsüm La Liqada 33 yaşlı almaniyalı 35 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”