22 mart 2026. Bazar günü

"Barselona" üç ildə futbolçuların maaş xərclərini görün nə qədər endirib


 "Barselona" üç ildə futbolçuların maaş xərclərini görün nə qədər endirib

Üç illik qənaət və iqtisadiyyatın bərpası istiqamətində aktiv işdən sonra "Barselona" futbolçuların maaş xərclərini klubun gəlirinin 60%-nə (399 milyon avro) endirməyi bacarıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Mənbənin məlumatına görə, Kataloniya klubu maaş fondunu 180 milyon avro azaltmağa nail olub.

Hazırda maaş xərclərinə görə PSJ-nin 574 milyon avro ilə ikinci, maaşlara 497 milyon avro xərcləyən "Real Madrid" isə ilk üçlüyü (459 milyon avro) qapayıb.

Qeyd edək ki, 2020/2021 mövsümündə futbolçuların maaş xərcləri maliyyə gəlirlərinin 98%-ni təşkil ediblər. Onu da xatırladaq ki, “Barselona” ötən mövsümün sonunda İspaniya çempionatında ikinci yeri tutub.







İspaniya L.L.

"Xetafe" evdə "Espanyol"u məğlub etdi
  • İspaniya L.L.
  • 22:59 21.03.2026
"Xetafe" evdə "Espanyol"u məğlub etdi