30 iyun 2026. Çərşənbə axşamı

Modriç: "Mbappenin "Real"a qoşulmasına şadam, təəssüf ki..."


Modriç: "Mbappenin "Real"a qoşulmasına şadam, təəssüf ki..."

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç əvvəllər onun haqqında müsbət fikirlər səsləndirən "Kral klubu"nun yeni hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, o, klubun rəsmi televiziya kanalına bunları deyib:

"Onun sözlərini yüksək qiymətləndirirəm. Onlar çox gözəl sözlərdir. Nəhayət, "Real"a qoşulduğu üçün şadam. O, bütün bu illər ərzində sübut etdiyi kimi, ən yaxşılardan biridir. Təəssüf ki, o, dünya çempionatının finalında mənə qarşı qalib gələn oyunçudur. Amma mən çox şadam ki, o, indi komandadadır (red. Fransa komandasının Xorvatiyaya 4:2 hesabı ilə qalib gəldiyi DÇ-2018 finalını nəzərdə tutur). Buna görə hamımız ona kömək edəcəyik ki, o, uyğunlaşsın və istedadını nümayiş etdirsin". 

Qeyd edək ki, iyunun 3-də Mbappe rəsmi olaraq "Real Madrid"in oyunçusu olub. İyulun 16-da o, klubun oyunçusu kimi təqdim olunub. 







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"