8 sentyabr 2024. Bazar günü

Ançelotti karyerasını bu tarixdə başa vuracaq


Ançelotti karyerasını bu tarixdə başa vuracaq

"Real"ın baş məşqçisi Karlo Ançelotti məşqçilik karyerasını nə vaxt bitirəcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, “Madrid Zone" 65 yaşlı çalışdırıcının dediklərini belə çatdırıb:

"Nə vaxt dayanacağımı bilmirəm."Real Madrid" məndən yorulanda, bundan sonra nə edəcəyimi düşünəcəm.”

İtaliyalı mütəxəssis 2021-ci ildən "Real Madrid"ə rəhbərlik edir. Məşqçi ötən mövsüm komandanı çempionluq tituluna və Çempionlar Liqasında qələbəyə aparmağı bacarıb. Bundan əlavə, Los Blankos İspaniya Superkubokunu qazanıb. Ançelottinin "Real"la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. “Real Madrid” yeni mövsümə kubokla başlaya bilər, çünki avqustun 14-də klub “Atalanta” ilə UEFA Superkubokunu oynayacaq.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq