19 dekabr 2025. Cümə

Flikdən Levandovski haqda


Flikdən Levandovski haqda

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın mərkəz hücumçusu Robert Levandovski haqda fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sport.es" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb:

"Levandovski cərimə meydançasında qarşısıalınmazdır. Robert məhz ilk məşqlərdə buraxdığım futbolçudur. Qollar onun qanındadır. Təcrübəli futbolçuların gənc futbolçularla oynaması və onlara dərs verməsi xoşuma gəlir. Gənclərə nümunə göstərirlər."

Xatırladaq ki, almaniyalı mütəxəssis “mavi qranatlar”ın “sükanı arxası”nda ispaniyalı Xavi Hernandesi əvəzləyib. Flik Kataloniya top klubu ilə iki illik əmək müqaviləsi imzalayıb.







İspaniya L.L.

Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
  • İspaniya L.L.
  • 12:26 18.12.2025
Mbappe Ronaldonun rekorduna yaxınlaşdı