- İspaniya L.L.
- 19:04 29.12.2024
"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq komandası ilə müqaviləni yeniləməkdən imtina edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Xavyer Miqel "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 27 yaşlı futbolçunun "Mançester Yunayted"in marağına görə "blaugrana" ilə yeni müqavilə imzalamaqdan imtina etdiyini və "mankunianlar"ın niderlandlı oyunçu üçün təxminən 100 milyon avro ödəməyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, de Yonqun kataloniyalılarla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
Xatırladaq ki, Frenkie de Yonq ötən mövsüm İspaniya çempionatında "Barselona"nın heyətində 20 oyun keçirib, bu oyunda iki qol vurub və yeddi sarı vərəqə alıb.