- İspaniya L.L.
- 16:21 24.11.2024
İspaniyanın "Atletik Bilbao" klubunun vingeri Niko Uilyams klubu tərk etməyəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Daniel Sobies "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 22 yaşlı futbolçunun qarşıdakı mövsümdə də klubda qalmağa qərar verdiyini qeyd edib.
Daha əvvəl bildirilmişdi ki, Uilyams onunla yaxından maraqlanan "Barselona"ya keçməyə yaxındır.
Ötən mövsüm Uilyams bütün yarışlarda 37 matçda meydana çıxıb, 8 qol vurub və 19 məhsuldar ötürmə edib. İspan futbolçunun "Atletik"lə hazırkı əmək müqaviləsi 2027-ci ilə qədərdir. Transfermarkt portalının mütəxəssisləri futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir