22 dekabr 2025. Bazar ertəsi

Levandovski: "Xavi ilə işlədiyim üçün fəxr edirəm"


Levandovski: "Xavi ilə işlədiyim üçün fəxr edirəm"

"Barselona"nın hücumçusu Robert Levandovski jurnalistlərlə söhbətində komandanın sabiq baş məşqçisi Xavi ilə işləməsindən danışıb.

90deqiqe.Az xəbər verir ki, “AS"  polşalı hücumçunun dediklərini belə çatdırıb:

“Xavi "Barselona" üçün çətin vaxtda gəlib.Ancaq aydın olan odur ki, Xavi kluba gəldi və çox dəyişdi.Bir neçə ən uğurlu olmayan görüşlər olsa da, o əla iş görüb.Mən fəxr edirəm ki, onunla işləyə bilmişəm"

Xatırladaq ki, ötən mövsüm Kataloniya komandası La Liqa turnir cədvəlində ikinci yeri tutmuşdu. Xavi yayda klubu tərk edib. Robert Levandovski ötən mövsüm İspaniya çempionatında 35 oyun keçirib, 19 qol vurub və 8 məhsuldar ötürmə edib.







İspaniya L.L.

Mbappe Ronaldonun rekordunu təkrarladı
  • İspaniya L.L.
  • 15:02 21.12.2025
Mbappe Ronaldonun rekordunu təkrarladı
"Real" onu icarəyə göndərir
  • İspaniya L.L.
  • 23:52 19.12.2025
"Real" onu icarəyə göndərir