18 avqust 2026. Çərşənbə axşamı

Puyol Barcelona'nın idman direktoru ola bilər


Puyol Barcelona'nın idman direktoru ola bilər

 "Barcelona"  klubunun rəhbərliyi komandanın keçmiş kapitanı Karlos  Puyola idman direktoru vəzifəsini təklif edib.

Corner.az-ın xəbərinə görə, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb.

Bundan əvvəl bu vəzifəni Xose Sequra tutmuşdu, lakin o iyulun sonunda vəzifəsini tərk etdi. Puyol isə 2014-2015-ci illərdə "Barcelona" nın idman direktoru olan Andoni Subisarretanın köməkçisi olaraq çalışıb.

Qeyd edək ki, Puyol "Barcelona" nın yetirməsidir, 1999-cu ildən 2014-cü ilə qədər əsas komandada oynayıb.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib