4 oktyabr 2026. Bazar günü

Kristensen bir ay yaşıl meydanlardan kənarda qalacaq


Kristensen bir ay yaşıl meydanlardan kənarda qalacaq

"Barselona"nın müdafiəçi Andreas Kristensen sıradan çıxıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  danimarkalı futbolçuya sol ayaq vətərində tendinopatiya diaqnozu qoyulub. Futbolçunun meydana qayıtma tarixi hələ açıqlanmayıb.

İspaniya mətbuatı Kristensenin zədə səbəbindən bir ay meydandan uzaq qalacağını yazıb.

Bu müddət ərzində o, "Atletik Bilbao", "Rayo Valyekano" və "Valyadolid"lə oyunları buraxacaq. Andreas Kristensen ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 42 matçda iştirak edib və 3 qol vurub, 2 məhsuldar ötürmə edib.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”