4 oktyabr 2026. Bazar günü

Alkantara Flikin məşqçilər korpusuna qayıda bilər


Alkantara Flikin məşqçilər korpusuna qayıda bilər

"Barselona"nın sabiq futbolçusu Tiaqo Alkantara Kataloniya klubunun məşqçilər korpusuna qayıda bilər.

90deqiqe.Az-ın “Relevo”ya istinadən məlumatına görə,  bu qərara səbəb Alkantaranın vergi problemlərini həll etmək üçün ən qısa zamanda İngiltərəyə qayıtmaq istəyi olub.

İyul ayında Hans-Dieter Flikə təyin edildikdən sonra Tiaqo komandada cəmi bir ay çalışıb.

İspan futbolçu 2020-2024-cü illərdə İngiltərənin "Liverpul"unda çıxış edib. “Barselona”nın əsasən klubun yarımmüdafiəçiləri ilə işləyən Tiaqonun işindən razı qaldığı qeyd edilir. Alkantara çox güman ki, 2025-ci ilin yanvarında yenidən Blauqranaya qoşulacaq.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”