- İspaniya L.L.
- 22:14 25.11.2024
"Barselona"nın baş məşqçisi Joan Laporta alman yarımmüdafiəçi İlkay Gündoğanın keçmiş komandası "Mançester Siti"yə qayıtmasının səbəbini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano funksionerin dediklərini belə çatdırıb:
"Bu idman qərarı idi. Dani Olmonun gəlişi ilə eyni mövqedə oynadıqları üçün İlkay komandadan ayrıldı. Gündoğan əla futbolçu və insandır."
Qeyd edək ki, O, ingilislərlə bir illik müqavilə imzalayıb.
Gündoğan ötən mövsüm Kataloniya komandası ilə 51 oyun keçirib. Yarımmüdafiəçi matçda forma geyinib və 5 qol vurub, 14 məhsuldar ötürmə edib. Transfer qiymətinin 15 milyon avro olduğu təxmin edilir.