- İspaniya L.L.
- 22:14 25.11.2024
"Barselona" klubu müdafiəçi Ronald Arauxo və yarımmüdafiəçi Frenkie de Yonqun gələcəkləri ilə bağlı hələ qərar verməyib.
90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə,Kataloniya təmsilçisi hər iki futbolçunun hələ də klubla müqavilələrini yeniləməməsindən ciddi narahatdır. "Barselona"nın nümayəndələri futbolçuların agentləri ilə danışıqlar aparır, lakin hələlik nəzərəçarpacaq irəliləyiş yoxdur.
Qeyd edək ki, hər iki futbolçunun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, hazırda alman məşqçi Hans-Diter Flikin rəhbərliyi altında “Barselona” İspaniya çempionatının turnir cədvəlində yeganə birinci yeri tutur.