- İspaniya L.L.
- 15:50 11.10.2024
"Real Sosyedad" azarkeşləri İspaniya Primerasının 5-ci turunun matçında (0:2) "Real Madrid"in cinah oyunçusu Vinisius Junioru təhqir ediblər.
90deqiqe.Az xəbər verir ki,braziliyalı irqçiliyə məruz qalıb
"Real Sosyedad" azarkeşləri oyun boyunca Vinisiusa "axmaq" adlandırmağa başlayıblar.
Braziliyalı futbolçu 58-ci dəqiqədə penalti zərbəsini vurduqdan sonra barmağını dodaqlarına doğru qaldıraraq rəqib azarkeşlərə daha düzgün davranmalı olduqlarını göstərib.
Bu mövsüm Vinisius bütün yarışlarda altı matçda iştirak edib, iki qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.